ANAMA sədri: Ehtiyac olsa, minaaxtaran siçovulların sayı artırılacaq

saytların hazırlanması

Evə çatdırılma

ANAMA sədri: Ehtiyac olsa, minaaxtaran siçovulların sayı artırılacaq

Maraqlı

06 Dekabr 2023 12:30 691


"Ehtiyac olarsa, minaaxtaran siçovulların sayı artırılacaq".

Yenisabah.az APA-ya açıqlamasında Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

O bildirib ki, mina təmizləmə işləri üçün siçovullar bir müddət əvvəl ölkəmizə gətirilib və ilkin mərhələdə onlar akklimatizasiyadan keçib: Sezar pizza

"Daha sonra akkreditasiyaya hazırlandılar və bu mərhələ də başa çatdı. Hazırda 8 siçovuldan minatəmizləmə işlərində istifadə olunur. Hələ ki planda onların sayının artırılması yoxdur. Amma gələcəkdə artırıla bilər. Bunlar Ağdamın Qərvənd sahəsində işləyirlər. Siçovulun burnunda olan iy reseptorlarının sayı itdən çoxdur. Əgər itdə 900-dürsə, siçovulda 1100 civarındadır. Kifayət qədər həssas heyvanlardır və bu, minatəmizləmə işlərimizdə böyük effekt verir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!