Anar: 3 ildən sonra gedəcəyəm

saytların hazırlanması

Evə çatdırılma

Anar: 3 ildən sonra gedəcəyəm

Mədəniyyət

14 İyul 2025 18:29 638


"Yazıçılar Birliyinin sədri vəzifəsindən getməyi hamıdan birinci özüm arzulayıram. Bilirəm, nə vaxtsa bu xəbərə sevinəcəklər. Qoy onlar sevinsinlər, sevincləri artıq olsun. Mənim də sevincim olacaq ki, söz verdiyim kimi 3 ildən sonra, qurultay olan kimi birliyin sədri vəzifəsindən gedəcəyəm".

Yenisabah.az moderator.az-a istinadla xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin sədri Anar deyib.

O bildirib ki, heç bir birlik və ittifaq ev vermir: Pepperoni pizza

"Siz heç eşitmisinizmi ki, kimsə Rəssamlar İttifaqından, Bəstəkarlar İttifaqından ev alsın? O qurumlar ev vermir. Gərək biz də verməyək. İndi humanistlik göstərib ev veririk, yenə də başımızda çatlayır.

37 ildir Yazıçılar Birliyinin sədriyəm, 100 yazıçıya ev vermişəm. Bir hissəsini sovet, bir hissəsini isə müstəqillik illərində hədiyyə etmişik. 100 adama verirsən, 200 adam narazı qalır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!