Anar bu filmə çəkilməyimi istəmirdi - Xalq artisti

saytların hazırlanması

Evə çatdırılma

Anar bu filmə çəkilməyimi istəmirdi - Xalq artisti

Mədəniyyət

06 İyul 2025 09:23 722


"Anar "Arşın mal alan"da çəkilməyimi istəmirdi. Qorxurdu ki, film batacaq".

Yenisabah.az xəbər verir ki, bunu Xalq artisti Leyla Şıxlinskaya deyib.

O əlavə edib: "Nə kameradan, nə başqa şeydən qorxurdum. Çünki peşəkar aktrisa deyiləm. Həmişə bir-birindən güclü aktyorlarla çəkilirdim, Həsən Məmmədov, Rasim Balayev... Belə adamların yanında peşəkar aktrisa olsaydım, çəkinərdim. Müslüm Maqomayevlə çəkiləndə bir səhnədə ağlamalı idim, mən isə bacarmadım. Tüstü verdilər, soğan kəsdilər, ağlamıram. İsmayılov dedi ki, aktrisa deyilsiniz, sıfır, İtaliyada aktrisalar ağlaya bilməyəndə onları döyürlər. Dedim ki, siz min il sonra Luçino Viskontinin kölgəsi olsanız, icazə verərəm, mənə bir sillə vurarsınız. Pərt oldum, ağladıram. Dedilər, ağladı, çəkin".  Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!