Anar Məmmədli ev dustaqlığına buraxılmadı

saytların hazırlanması

Evə çatdırılma

Anar Məmmədli ev dustaqlığına buraxılmadı

Siyasət

08 May 2024 13:27 406


Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə müdafiə tərəfinin verdiyi vəsatətə baxılıb.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin olunmayıb.

Xətai Rayon Məhkəməsinin qərarına görə, Anar Məmmədli barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Sezar pizza

Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!