Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və ictimai fəal Anar Abdullayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Yenisabah.az apa-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Anar Məmmədlinin müdafiəçisi Cavad Cavadov vəsatət verərək təqsirləndirilən şəxsin şüşə arxasında deyil, onların yanında əyləşməsini xahiş edib. Vəsatət təmin edilib. Marqarita pizza
Daha sonra A.Məmmədlinin ev dustaqlığına buraxılması və cinayət işinə xitam verilməsi ilə bağlı vəsatət qaldırılıb.
Anar Abdullayevin müdafiəçisi də vəsatət verərək cinayət işinə xitam verilməsini xahiş edib.
Məhkəmə vəsatətləri təmin etməyib.
Anar Məmmədlinin vəkili Elçin Sadıqov cinayət işində olan bəzi sənədlərlə tanış olmaq üçün hazırlıq iclasının təxirə salınmasını xahiş edib.
Hazırlıq iclası iyunun 2-dək təxirə salınıb.
Telegram kanalımız