“Anar miqyasda yazıçıyla görüş keçirilirsə...“ - AYB sədrinin səhv təqdimatı

saytların hazırlanması

Evə çatdırılma

“Anar miqyasda yazıçıyla görüş keçirilirsə...“ - AYB sədrinin səhv təqdimatı

Mədəniyyət

13 Avqust 2022 11:48 3032


“Bir dəfə də belə hadisə olmuşdu. Anar müəllimi Xalq şairi kimi təqdim etmişdilər. Anar müəllim də buna təbəssümlə cavab verib: “Mən Xalq yazıçısıyam”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında yazıçı Baba Vəziroğlu deyib.

O, avqustun 10-da Başı şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığıyla olan Suraxanıda keçirilən görüşdə baş verənləri şərh edib. pizza

Xatırladaq ki, həmin görüşə dair jurnalistlərə göndərilən press-relizdə AYB sədri, yazıçı Anarı "Xalq şairi" kimi təqdim edilib.

Həmkarı B. Vəziroğlu bu səhv təqdimata soyuqqanlı münasibətdədir: "Onun Xalq yazıçısı kimi yox, Xalq şairi kimi təqdim edilməsinə ciddi yanaşmaq lazım deyil”.

O əlavə edib:

“Bu, ola bilsin ki, texniki səhvdir. Əslində, mahiyyətcə hər ikisi eynidir. Lap ümumi götürsək də hər ikisi söz "xalq yazarı" deməkdir. Amma Prezidentin sərəncamıyla ona Xalq yazıçısı fəxri adı verilibsə, pres-relizdə bu, texniki səhv olsa, belə, çox böyük diqqətsizlik, sayğısızlıqdır.

Anar miqyasda yazıçıyla görüş keçirilirsə, onu milyonlarla oxucularına təqdim edirlərsə, titul düzgün yazılmalıdır. Bu, obrazlı ifadə deyil, rəsmi fəxri addır. Rəsmi sənəddə nə cür yazılıb, o cür də deyilməlidir.

Bəzən Əməkdar mədəniyyət işçisiylə Əməkdart incəsənət xadimi fəxri adları da qarışdırılır. Diqqətli olmalıyıq”.

Şair Vahid Əzizin də məsələyə rəy bildirib:

“Anar müəllim həm şair, həm yazıçıdır. Gözəl şeirləri, nəsr əsərləri var. Gözəl yazıçı və gözəl şairdir. Burada eybli nə var ki?! Şairlər Ittifaqı yoxdur, Yazıçılar İttifaqı var. Hamı yazıçı sayılır, hamı yazardır. Mənə elə gəlir ki, qurumun əməkdaşları səhvə yol verməyib. Xalq yazıçı və Xalq şairi - hər ikisi qələm adamı deməkdir”.

İmamət İSMAYILOVA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!