Xalq yazıçısı Anar Rzayev yenidən Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri seçilib.
Yenisabah.az xəbər verir ki, AYB-nin XIII qurultayında səsvermə keçirilib.
AYB sədrliyinə namizəd şairlər Emil Rasimoğlu və Fuad Cəfərlinin namizədliyi səsə qoyulmayıb. Səsvermə nəticəsində yeganə namizəd Anar daha 5 il müddətinə AYB sədri seçilib. pizza
Digər iki namizəd namizədliklərinin səsə qoyulmamasına etiraz edib və mübahisə düşüb. Anar Rzayev isə həmin şəxsərə növbəti qurultayda uğurlar arzulayıb.
Qeyd edək ki, Anar 1987-ci ildən AYB-nin sədridir.
Telegram kanalımız