Anası koronavirusdan ölən azərbaycanlı: “Ailə üzvlərimizin də vəziyyəti yaxşı deyil”

saytların hazırlanması

Evə çatdırılma

Anası koronavirusdan ölən azərbaycanlı: “Ailə üzvlərimizin də vəziyyəti yaxşı deyil”

Hadisə

12 Aprel 2020 15:18 3240


Xəbər verdiyimiz kimi Rusiyada koronavirusa yoluxanlar arasında azərbaycanlılar da var. Dünən bir nəfər Rusiya vətəndaşı olan soydaşımız koronavirusdan dünyasını dəyişib.

Əslən Kəlbəcər rayonu Zülfüqarlı kəndindən olan Akif Ələsgərovun həyat yoldaşı Gültəkin Əələsgərova vəfat edib.

Yenisabah.az xəbər verir ki, Modern.az mərhumun ailə üzvləri ilə əlaqə saxlamağa çalışıb. Sezar pizza

Mərhumun oğlu açıqlamasında digər ailə üzvlərinin də vəziyyətinin yaxşı olmadığını deyib:

“Digər ailə üzvlərimizin də vəziyyəti yaxşı deyil. Onlar da karantinə alınıblar və müalicələri davam etdirilir”.

Gültəkin Ələsgərovanın oğlu anasını Azərbaycanda dəfn etmək istədiklərini də qeyd edib:

“Anam Rusiya vətəndaşı olsa da, öz vətənimizdə dəfn olunmasını istəyirik. Hazırda meyitin Azərbaycana aparılması istiqamətində Diasporla İş üzrə Dövlət Komitəsi ilə danışıqlar aparırıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!