Anasını həbsə yollamağa hazırlaşır 

saytların hazırlanması

Evə çatdırılma

Anasını həbsə yollamağa hazırlaşır 

Dünya

19 Noyabr 2021 07:41 1173


14 illik qəyyumluqdan azad olan məşhur amerikalı müğənni Britni Spirs bundan sonra qohumlarından yaşadıqlarının əvəzini çıxacağını deyib.

Bu barədə o, özünün “Instagram” hesabında xəbər verib.

İfaçı başına gələnlərin çox alçaldıcı olduğunu bildirib: pizza hut

“Heç vaxt nağd pul görmədiyim və maşın sürə bilmədiyimi paylaşmağın nə qədər utancverici olduğunu anlayıram. Düzünü desəm, hər gün səhər yuxudan duranda ailəmin və qəyyumların etdikləri hələ də məni heyrətə gətirir”, - deyə əlavə edib.

Yaşadığı bütün ağrıları tam paylaşmadığını deyən Britni bunu ona edənlərin cəzalandırılmalı olduğunu vurğulayıb.

“Onlar həbsxanaya düşməlidirlər. Bəli! O cümlədən, mütəmadi kilsəyə gedən anam da! Mən ailəmdə asayişi qorumağa və susmağa adət etmişəm. Ancaq bu dəfə yox… Mən unutmamışam və ümidvaram ki, onlar mənim əslində nəyi nəzərdə tutduğumu anlayacaqlar”, - deyə məşhur ifaçı sözlərini yekunlaşdırıb. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!