Üç il anasının çürümüş cəsədi ilə yaşayan qadın saxlanılıb.
“Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, hadisə Texasda baş verib.
Qadına 20 ilədək həbs cəzası verilib və 10 min dollar cərimə yazılıb.
Təhlükəsizlik orqanlarının araşdırmaları nəticəsində məlum olub ki, adı açıqlanmayan 47 yaşlı qadın öz evində anası və qızı ilə yaşayıb. Onun 71 yaşlı anası 2016-cı ildə yıxılaraq xəsarət alıb. Yaşlı qadın həyati təhlükəsi olmasa da, qızı və nəvəsindən kömək ala bilmədiyi üçün ölüb. Qızı onun cəsədini otaqlardan birində gizlədib. O, kiçik qızı ilə bu evdə yaşamağa davam edib. Polis qadını saxladıqdan sonra onun azyaşlı qızı qohumunun yanına yerləşdirilib.
Sabrina
Telegram kanalımız