Anasının cəsədini 5 il evdə saxlayan şəxs həbs edildi 

saytların hazırlanması

Evə çatdırılma

Anasının cəsədini 5 il evdə saxlayan şəxs həbs edildi 

Kriminal

22 İyul 2024 15:11 773


Yaponiyanın Osaka şəhərində qandonduran hadisə baş verib. 

Yenisabah.az xəbər verir ki, ölən anasının meyitini 5 il evdə gizlədən 60 yaşlı kişi həbs edilib. 

Polis İkuno rayonunda yaşayan 60 yaşlı Katsunori Onada adlı kişinin ölən anasının cəsədini təxminən 5 il evdə gizlətdiyini üzə çıxarıb.  Pepperoni pizza

Polis mənbələrindən əldə edilən məlumata görə, şənbə günü evinin qarşısında yaranan mübahisə ilə bağlı polisə məlumat verərkən hadisəni etiraf edən Onada, anası Tomiko Onadanın 2019-cu ilin sentyabrında dünyasını dəyişdiyini bildirib.

Hadisə ilə bağlı təfərrüatlı araşdırmaya başlayan polis, həmin şəxsin bankdan anasının pensiyasını çəkməyə davam etmək üçün ölüm xəbərini səlahiyyətli orqanlara verməməsi ehtimalını nəzərdən keçirir. 

Aytac Şahin 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!