Anasının əlindən çıxıb yola qaçan uşağı...

saytların hazırlanması

Evə çatdırılma

Anasının əlindən çıxıb yola qaçan uşağı...

Hadisə

23 Fevral 2020 13:34 918


Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Nəsimi rayonu, Moskva prospektində qeydə alınıb. Belə ki, 159 nömrəli tam orta məktəbin şagirdi Kərimli Vaqif Sənan oğlu anasının əlindən çıxaraq yola qaçıb. Nəticədə "VAZ-2107" markalı avtomobil 10 yaşlı uşağı vurub. Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Həkim müayinəsindən keçdikdən sonra uşağa ənsə sümüyünün sınığı və qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır./Report.az
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!