“Anderlext”ə zərbə - Video

saytların hazırlanması

Evə çatdırılma

“Anderlext”ə zərbə - Video

İdman

01 May 2019 10:21 1253


Belçika Futbol Assosiasiyası "Anderlext"i cəzalandırıb.

“Yeni Sabah” xəbər verir ki, Brüssel təmsilçisinə texniki məğlubiyyət verilib. Buna səbəb azarkeşlər olub.

Belə ki, Belçika çempionatının pley-off mərhələsinin IV turunun "Standard"la matçında fanatlar mütəmadi olaraq pirotexniki vasitələrdən istifadə edib və birinci hissədə meydana fişənglər atıb. Nəticədə görüş 32-ci dəqiqədə "Standard" hesabda 2:0 öndə olarkən dayandırılıb və daha sonra ləğv olunub.  Sezar pizza

"Anderlext" buna görə 0:5 hesablı texniki məğlubiyyət alıb və növbəti ev matçını boş tribunalar önündə keçirəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!