Anesteziyadan ölüm ola bilərmi?

saytların hazırlanması

Evə çatdırılma

Anesteziyadan ölüm ola bilərmi?

Sağlamlıq

18 Yanvar 2021 16:19 1045


Xəstəni ağrılardan azad etmək üçün anesteziyadan istifadə olunur. Bəzən bir çox insanlar narkoz barədə düzgün olmayan məlumatlar yayır.

Yenisabah.az xəbər verir ki, anestezioloq Aleksandr Kalmıkov “Danışır Moskva” radiosuna bildirib ki, cərrahi müdaxilədən əvvəl xəstələrdə narkozla bağlı yaranan qorxu əsassızdır:

“Ümumi anesteziya zamanı oyanmaq mümkün deyil. Anesteziya təyyarədə uçmaq kimidir: müəyyən bir yüksəklik qazanırıq, avtopilotu işə salırıq. Cihazlar anesteziyanın dərinliyini və ya venadaxili anesteziya konsentrasiyasını idarə edir. Həkim istəməsə xəstə oyana bilməz”. Dördpendirli pizza

Həkim əlavə edib ki, ümumi anesteziyanın istifadəsi təhlükəli deyil və 200 000 planlı əməliyyatda anesteziyadan ölmə riski bir nəfərdir.

“Bir çox xəstə nədənsə narkozun ömrü qısalda biləcəyini düşünür. Bu təsdiqlənmiş həqiqətdən daha çox mifdir”. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!