Anım mərasimində iştirak üçün İrana gedəcək rəsmilərin kimliyi açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Anım mərasimində iştirak üçün İrana gedəcək rəsmilərin kimliyi açıqlandı

Siyasət

22 May 2024 09:58 2941


Baş nazir Əli Əsədov İran İslam Respublikasına səfər edəcək.

Nazirlər Kabinetinin mətbuat xidmətindən “Yeni Sabah”a verilən xəbərə görə, mayın 22-də Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar Tehran şəhərində keçirilən rəsmi anım mərasimində iştirak edəcək.

Nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri və digər rəsmi şəxslər daxildir. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!