Antakyada azərbaycanlı ana və qızı dağıntılar altından xilas edildi

saytların hazırlanması

Evə çatdırılma

Antakyada azərbaycanlı ana və qızı dağıntılar altından xilas edildi

Hadisə

07 Fevral 2023 00:43 823


Türkiyənin güclü zəlzələnin baş verdiyi Hatay şəhərinin Antakya rayonunda azərbaycanlı Sevda Əliyeva və qızı Nəzrin Əlizadə dağıntılar altından xilas edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfriliyindən məlumat verilib.

Məlumata görə, ana və qızının səhhəti normaldır: pizza sifarişi

“Antakya rayonunda dağıntılar altında qalan azərbaycanlı Nəzrin Əlizadə və anası Sevda Əliyevanın səhhəti qənaətbəxşdir”.

Bildirilib ki, ana və qızının yaşadığı ev zəlzələdə dağıntıya məruz qalıb, onları xilas etmək mümkün olub. Onlar heç bir əşyalarını götürə bilməyiblər, yaxın tanışlarının evində qalırlar.

Hatayın Antakya və İskenderun şəhərlərində olan böyük dağıntılarla əlaqədar əraziyə əhalinin gəliş-gedişi qadağan olunub.

N.Əlizadə Hatay vilayətinin mərkəzi Antakya şəhərindəki Mustafa Kemal Universitetində yenicə müəllim kimi fəaliyyət başlayıb.

Qeyd edək ki, dünən Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda Türkiyə vaxtı ilə saat 4:17-də 7,7, Kahramanmaraşın Elbistan rayonunda saat 13:24-də 7,6 maqnitudalı zəlzələ olub. Bundan başqa saat 4:26-da, Qaziantepin Nurdağı rayonunda 6,4, saat 4:36-da isə Qaziantepin İslahiye rayonunda 6,5 maqnitudalı təkanlar baş verib.

Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniyə, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbakır, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə, o cümlədən Ankarada da hiss edilib.

Son məlumata görə, zəlzələdə ölənlərin sayı 1 762 nəfərə çatıb, 12 068 insan xəsarət alıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!