Antiterror əməliyyatında yaralanan polis şəhid oldu

saytların hazırlanması

Evə çatdırılma

Antiterror əməliyyatında yaralanan polis şəhid oldu

Maraqlı

06 Oktyabr 2023 11:56 560


Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 19-20-də Qarabağda həyata keçirdiyi lokal xarakterli antiteror tədbirləri zamanı ağır yaralanan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının polis nəfəri Əzizbəy Muradov şəhid olub.

Yenisabah.az xəbər verir ki, o, oktyabrın 6-da müalicə olunduğu hospitalda vəfat edib.

Ə.Muradov Sabirabad rayonunun Ulacalı kəndində dəfn olunacaq. Dominos pizza

Xatırladaq ki, Muradov Əzizbəy Etibar oğlu 44 günlük Vətən müharibədə də iştirak edib.

Prezident İlham Əliyevin sərəncamları ilə “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!