“Apple” istifadəçilərinə pis xəbər: Qiymətlər qalxır

saytların hazırlanması

Evə çatdırılma

“Apple” istifadəçilərinə pis xəbər: Qiymətlər qalxır

Rəqəmsal

19 İyun 2026 15:52 203


"Apple" yaxın vaxtlarda bəzi məhsullarının qiymətlərini artırmağa hazırlaşır.

"Yeni Sabah" xəbər verir ki, şirkətin rəhbəri Tim Kuk bahalaşmanın əsas səbəbinin yaddaş çiplərinin qiymətinin sürətlə artması olduğunu bildirib. Onun sözlərinə görə, süni intellekt texnologiyalarına tələbatın yüksəlməsi bu komponentləri daha da bahalaşdırıb.

Tim Kuk qeyd edib ki, şirkət qiymətləri əvvəlki səviyyədə saxlamağa çalışsa da, artan xərclər buna imkan vermir. Pepperoni pizza

Hələlik hansı cihazların bahalaşacağı açıqlanmayıb. Mütəxəssislər hesab edirlər ki, qiymət artımı ilk növbədə bu ilin payızında təqdim olunacaq yeni iPhone modellərinə təsir göstərə bilər.

Qeyd edək ki, son bir ildə yaddaş çiplərinin qiyməti bir neçə dəfə yüksəlib. Bu vəziyyət texnologiya sektorunun digər böyük şirkətlərinin də xərclərinin artmasına səbəb olub.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!