Milli Məclisin deputatı Aqil Abbas MTV-də yayımlanan “Düzünə qalsa” verilişində qonaq olub.
Yenisabah.az olay-a istinadla xəbər verir ki, o, “Dolu” filminin ardının çəkiləcəyini bildirib:
“Filmin ikinci hissəsinin ssenarisini yazmışam. Məmməd Səfa yenə də komandir rolunda olacaq. Deməli, orda incə bir detal var. Komandir "Drakon" və "Pələng"lə rastlaşır, deyir, bəs siz ölməmişdiniz?! Deyirlər, şəhidlər ölmür, komandir! Əsas ideya da odur elə! Marqarita pizza
Çoxları bilmirdi ki, Məmməd Səfanın yerində iki sevdiyim, böyük aktyor da ola bilərdi. Nurəddin Mehdixanlı və Fəxrəddin Manafov. İkisindən biri! Sonra rejissor olaraq Elxan Cəfərov gəldi. Yoldaşım İradə Tuncay mənə dedi ki, rejissorun işinə qarışma! İkisi də böyük aktyordur. Bəlkə sözüm onların xətrinə dəyə bilər, amma mənə elə gəlir ki, onların heç biri o rolu Məmməd Səfadan gözəl oynaya bilməzdi. Sanki obraz onun boyuna biçilib. “Dolu-2”də də komandir rolunda o olacaq!”
Telegram kanalımız