Aralıq dənizində yanan gəmidə Azərbaycan vətəndaşları da olub

saytların hazırlanması

Evə çatdırılma

Aralıq dənizində yanan gəmidə Azərbaycan vətəndaşları da olub

Hadisə

09 Aprel 2020 13:51 823


Ötən gecə Aralıq dənizində 12 heyət üzvünün olduğu BELLATRIX yük gəmisində yanğın baş verib.

Yenisabah.az xəbər verir ki, Gürcüstan dənizçilərinin iştirakı ilə xilasetmə əməliyyatı keçirilib.

Yanan gəminin heyət üzvlərinin hamısını Panama bayrağı altında üzən və altı gürcüstanlı dənizçinin çalışdığı “ARIFE” yük gəmisinə daşınıb. Dördpendirli pizza

Xilasetmə əməliyyatının kapitanı Giorgi Tuşmalişvili bildirib ki, yanan gəmidən xilas edilən dənizçilər arasında Rusiya, Ukrayna, Azərbaycan, Türkiyə və Hindistan vətəndaşları var.

Əməliyyatda iştirak edən gürcü dənizçilər xəsarət almayıblar. Xilas edilən dənizçilərin İtaliyanın limanlarından birinə çatdırılacağı bildirilib. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!