Arayiki bu cəzalar gözləyir - 20 ilədək həbs və ya   ÖMÜRLÜK

saytların hazırlanması

Evə çatdırılma

Arayiki bu cəzalar gözləyir - 20 ilədək həbs və ya ÖMÜRLÜK

Maraqlı

05 Oktyabr 2023 14:18 556


Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, özünü buraxdığını elan etmiş qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” və digər adlar altında təcavüzkar müharibənin aparılmasında iştirak etmiş Arayik Harutyunyan oktyabrın 3-də həbs edilib. 

Azərbaycanın Xankəndi şəhərində anadan olmuş, 1973-cü il təvəllüdlü Arayik Harutyunyana Cinayət Məcəlləsinin 100, 116, 117, 120, 214, 214-1, 214-3, 218, 279-cu və digər maddələri ilə ittiham elan edilib.

Modern.az saytı Arayik Harutyunyana qarşı irəli sürülən maddələrlə ona neçə il həbs cəzasının kəsilə biləcəyini araşdırıb. pizza mizza

Cinayət Məcəlləsinin 100-cü maddəsi - Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma: 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır;

116-cı maddə - Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma: 10 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır;

117-ci maddə - Silahlı münaqişə zamanı hərəkətsizlik etmə və ya cinayətkar əmr vermə: 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır;

120-ci maddə - Qəsdən adam öldürmə: 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır;

214-cü maddə - Terrorçuluq: 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır;

218-ci maddə - Cinayətkar birlik (təşkilat) yaratma: 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır;

279-cu maddə - Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma: 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!