Qarabağdakı qondarma rejimin “liderlərindən” olan, hazırda Azərbaycanda istintaq təcridxanasında saxlanılan Arayik Arutyunyanın bir zamanlar Xankəndidə istifadə etdiyi iş otağından görüntülər yayılıb.
Yenisabah.az xəbər verir ki, AzTV-nin yaydığı görüntülərdə otağın darmadağın olduğu, səliqəsizliyi diqqət çəkir.
Videogörüntünü çəkən şəxs şərh edir ki, Azərbaycan Ordusu əsgərlərinin qorxusundan separatçıların “administrasiya rəhbərliyi” danışdığı telefonun dəstəyini də üzərinə qoymayıb, tələm-tələsik canını götürüb qaçıb: Marqarita pizza
“2020-ci ilin 44 günlük Vətən müharibəsində Ermənistanın baş naziri Nikol Paşinyan telefondan asılı qalmışdı və dünya liderlərini davamlı zənglərlə bezdirirdi. 2023-cü ilin 19-20 sentyabr lokal antiterror tədbirləri müddətində də Xankəndidə oturan qondarma rejimin “administrasiya rəsmiləri” eyni aqibəti yaşayıblar. Görünür ki, qaça-qaç düşdüyündən telefonun dəstəyini də üzərinə qoymağı yaddan çıxarıblar”.
Telegram kanalımız