Araz Ağalarov 183 milyonluq hərracı uddu

saytların hazırlanması

Evə çatdırılma

Araz Ağalarov 183 milyonluq hərracı uddu

Dünya

11 Dekabr 2019 16:42 1746


Moskvaətrafı “Lotoşinsk” balıq fabriki yaxınlığındakı əmlakın satılması ilə bağlı hərracı “Lotofiş” şirkəti qazanıb.

"Yeni Sabah" xəbər verir ki, şirkətin 90 faizi azərbaycanlı milyarder Araz Ağalarovun sahibi olduğu “Krokus” Səhmdar Cəmiyyətinə məxsusdur.

Qeyd olunur ki, hələ SSRİ-nin vaxtında qurulan müəssisə 2010-cu ildə müflis elan edilib. Kreditorlardan biri olan “Vozrojdenie” bankı 2015-ci ildə zavodun əmlakını törəmə şirkətlər vasitəsilə satın alıb və indi də satmaq qərarına gəlib. Dördpendirli pizza

Ağalarovun şirkəti yeganə iddiaçı olub və zavod üçün ilkin qiymət olaraq irəli sürülən 183 milyon rubldan 120 milyon rublu təklif edib.

“Crocus Group”un nümayəndəsi əldə edilmiş aktivi necə dəyərləndirəcəklərini şərh etməyib. /qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!