Araz Ağalarov pensiyaların azlığından dəhşətə gəlib

saytların hazırlanması

Evə çatdırılma

Araz Ağalarov pensiyaların azlığından dəhşətə gəlib

İqtisadiyyat

03 Yanvar 2020 06:25 14020


Azərbaycan əsilli rusiyalı milyarder-oliqarx, “Crocus Group” şirkətinin sahibi Araz Ağalarov Rusiyada maaşların və pensiyaların azlığından dəhşətə gəlib.

“Yeni Sabah” xəbər verir ki, oliqarx “Forbes”ə müsahibəsində bu haqda danışıb. Onun sözlərinə görə, rusiyalıların gəlirləri o qədər aşağıdır ki, belə vəziyyətdə ÜDM-in əhəmiyyətli artımına nail olmaq mümkün deyil. Çünki istehsal olunan malları satmağa istehlakçı yoxdur.

“Bu gün ölkədə orta aylıq pensiya 200 dollar həndəvərindədir, bəzilərində hətta daha aşağıdır, orta aylıq əmək haqqı da aşağıdır”,-Ağalarov Rusiya iqtisadiyyatını və biznesini 2020-ci ildə nələrin gözlədiyi haqda suala cavabında bildirib. Dördpendirli pizza

Milyarder Rusiyada vergi inzibatçılığının yaxşı işlədiyini bildirib, deyib ki, vergi yığımı artır, amma vergilər özü kifayət qədər yüksəkdir. Onun sözlərinə görə, əgər əvvəllər vergilərin artmasını vergi ödənişlərindən qismən yayınmaqla kompensasiya etmək mümkün olurdusa indi bu, “demək olar mümkün deyil”.

Ağalarovun fikrincə bu il hamı başa düşəcək ki, indiki vergi səviyyəsini saxlamaq mümkün deyil və nəsə etmək lazımdır. Və buna nə qədər tez diqqət yetirsələr o qədər yaxşı olardı.

Virtualaz.org

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!