“Araz-Naxçıvan“ daha bir braziliyalı oyunçu transfer etdi

saytların hazırlanması

Evə çatdırılma

“Araz-Naxçıvan“ daha bir braziliyalı oyunçu transfer etdi

İdman

24 İyul 2022 16:54 1031


Futal üzrə UEFA Çempionlar Liqasında çıxış edəcək "Araz-Naxçıvan" heyətini yeni oyunçu ilə gücləndirib.

Yenisabah.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, ölkə çempionu De Moura Joze Eduardo ilə anlaşıb.

26 yaşlı braziliyalı oyunçunun müqaviləsinin müddəti mövsümün sonunadək nəzərdə tutulub. pizza

Qeyd edək ki, “Araz-Naxçıvan” bunadək Rövşən Hüseynli, Xəzər Ağalızadə, Cavad Məmmədov, Oktay Rüstəmli, eləcə də braziliyalı Mateus Katatau, Varqas Amenqual Andreu, Vitao və Viktor Uqo Piresa ilə müqavilə imzalayıb. Əvəzində karyerasını başa vuran Rizvan Fərzəliyev, eləcə də müqaviləsi başa çatan Murilo Borges, Dmitri Bondarev, İsa Atayev, Xətai Bağırov və Maneka komandadan ayrılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!