Misli Premyer Liqasının XXXI turunun açılış oyunu keçirilib.
Yenisabah.az xəbər verir ki, "Araz-Naxçıvan" "Turan Tovuz"la qarşılaşıb.
“Liv Bona Dea Arena” baş tutan görüş heç-heçə başa çatıb - 1:1. Pepperoni pizza
Naxçıvan təmsilçisi matçı azlıqda başa vurub. 77-ci dəqiqədə Vanderson Melo ikinci sarı vərəqənin ardından qırmızı vərəqə ilə cəzalanaraq meydandan qovulub.
“Araz-Naxçıvan” turnir cədvəlində 53 xalla üçüncü pillədə yer alıb. Dördüncü olan “Turan-Tovuz”un 48 xalı var.
Qeyd edək ki, tura aprelin 20-də yekun vurulacaq.
Telegram kanalımız