ARB bu kadrlara görə cəzalandırılıb -   VİDEO +18

saytların hazırlanması

Evə çatdırılma

ARB bu kadrlara görə cəzalandırılıb - VİDEO +18

Sosial

13 Yanvar 2026 17:03 2997


Yanvarın 10-da “ARB” telekanalında yayımlanan “Səkkiz” serialının bir səhnəsi ciddi müzakirələrə səbəb olub. Axşam saatlarında efirə gedən serialda personajlardan birinin açıq söyüş ifadələrindən istifadə etməsi diqqətdən yayınmayıb.

Sözügedən kadrların yayım zamanı texniki vasitələrlə məhdudlaşdırılmaması isə qanun pozuntusu kimi qiymətləndirilib. Məhz bu səhnələr Audiovizual Şuranın müdaxiləsinə səbəb olub.

Qurum həmin kadrları “Media haqqında” qanunun tələblərinə zidd sayıb. Nəticədə “ARB” kanalının yayımının 3 saatlıq dayandırılmasına qərar verilib. Marqarita pizza

Qeyd edək ki, “Səkkiz” serialı psixoloji triller janrında çəkilib və 12 seriyadan ibarətdir. Layihənin quruluşçu rejissoru və baş rolun ifaçısı tanınmış aktyor Hikmət Rəhimovdur. Serial 18+ yaş məhdudiyyəti ilə yayımlanır.

Ekran işi məktəbli qızının intiharından sonra baş verən hadisələr fonunda insan psixologiyasının qaranlıq tərəflərini ön plana çıxarır.

“Yeni Sabah” “ARB” kanalının yayımının dayandırılmasına səbəb olan kadrları təqdim edir:

 Əsmətxanım Rzazadə 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!