“ARB“nin yayımı dayandırılır -   Efirə söyüş verilib

saytların hazırlanması

Evə çatdırılma

“ARB“nin yayımı dayandırılır - Efirə söyüş verilib

Sosial

13 Yanvar 2026 16:47 425


Yanvarın 13-də Audiovizual Şurasının onlayn iclası keçirilib.

Bu barədə "Yeni Sabah"a qurumdan məlumat verilib. 

İclasda "ARB" kanalının efirində "Media haqqında" qanunun pozulması faktı müzakirə olunub.  pizza mizza

Belə ki, 10 yanvar tarixində kanalın efirində saat 23.00-23.55 arası yayımlanan "Səkkiz" serialında personajlardan biri söyüş məzmunlu ifadələrdən istifadə etmiş və yayım zamanı bu səsləndirmə texniki vasitələrlə məhdudlaşdırılmayıb. Beləliklə, "Media haqqında" qanunun 14.1.6-cı maddəsinin tələbinin (əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir) pozulması halı baş vermiş və pozuntu faktı Audiovizual Şuranın mütəxəssisləri tərəfindən təsbit olunub. 

Qeyd olunanlar nəzərə alınaraq Audiovizual Şuranın üzvləri "ARB" kanalına qarşı sanksiya tətbiq edilməsi və kanalın yayımının 15 yanvar tarixində 3 saatlıq dayandırlması barədə qərar qəbul ediblər.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!