Arda Turan “Qalatasaray“a qayıdır?

saytların hazırlanması

Evə çatdırılma

Arda Turan “Qalatasaray“a qayıdır?

İdman

29 Aprel 2019 19:29 1120


İcarə əsasında “Başakşəhər”də çıxış edən Arda Turanla bağlı yeni xəbər yayılıb.

"Yeni Sabah" xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona” futbolçunu “Qalatasaray”a təklif edib. Ardanın Kataloniya klubu ilə daha bir illik müqaviləsi var. “Barselona” rəhbərliyi onu heyətinə qaytarmağı düşünmür və bu səbəbdən transfer haqqı tələb etmədən “Qalatasaray”a təklif edib.

“Barselona”dan Türkiyəyə qayıdarkən doğma klubuna yox, “Başakşəhər”ə üz tutması səbəbindən azarkeşlərin hədəfinə çevirilən futbolçu bir müddət əvvəl açıqlamasında demi.di ki, “Qalatasaray” mənim evimdi. “Qalatasaray”a qarşı heç zaman yalnış hərəkət etməmişəm. Kluba 13-14 milyon avro qazandıraraq getmişəm. Türkiyəyə dönəndə “Qalatasaray” məni istəmədi”. Dördpendirli pizza

Qeyd edək ki, “Qalatasaray” Ardanı 2011-ci ildə 13 milyon avroya “Atletiko”ya satıb. “Barselona” isə 4 il sonra onu 34 milyon avroya alıb. Cari mövsümdə “Başakşəhər”in heyətinlə 16 matça çıxan 32 yaşlı yarımmüdafiəçi 3 məhsuldar ötürmə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!