Ardıcıl 10-cu qələbə, 30 qol 

saytların hazırlanması

Evə çatdırılma

Ardıcıl 10-cu qələbə, 30 qol 

İdman

26 Avqust 2019 14:41 941


“Qarabağ” Azərbaycan Premyer Liqasındakı qələbə seriyasını 10-a çatdırıb. 

“Yeni sabah” xəbər verir ki, 2018/19 mövsümünün son 8 matçında xal itirməyən Ağdam klubu cari çempionatın startında 2-ci qələbəyə sevinib.

Qurban Qurbanovun yetirmələrinin son xal itkisi martın 9-na təsadüf edib. Həmin gün “Qarabağ” “Zirə”ylə ev matçında heç-heçəylə kifayətlənib – 0:0. Son çempion ötən mövsümün sonunda “Səbail” (2:1, 4:0), “Sumqayıt” (6:0), “Qəbələ” (2:1), “Sabah” (3:0), “Keşlə” (3:0), “Zirə” (3:0) və “Neftçi” (3:2) üzərində qələbə qazanıb. pizza mizza

Yeni mövsümün ilk matçında “Keşlə”ni bir qolla məğlub edən ağdamlılar qələbə seriyasını “Qəbələ” ilə qarşılaşmada 10-a çatdırıb. Bu dəfə evdə oynayan “Qarabağ” böyükhesablı qələbə əldə edib – 3:0. Qeyd edək ki, “köhlən atlar” 10 oyunluq qələbə seriyası zamanı 30 qol vurub və 4-nü buraxıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!