Müsavat Partiyasının hazırkı başqanı Arif Hacılı yenidən başqanlığa namizədliyini irəli sürüb.
"Yeni Sabah" bildirir ki, bu barədə Arif Hacılı özünün “Facebook” səhifəsində yazıb.
O, sabahdan seçki kampaniyasına başlayacağını bildirib: Dominos pizza
“Bakıda və rayonlarda qurultay nümayəndələri ilə görüşlərim olacaq”.
A.Hacılı qeyd edib ki, Azərbaycan siyasi partiyalarının tarixində ilk dəfə namizədlərin debatı da olacaq.
Qeyd edək ki, Arif Hacılının namizədliyini irəli sürməsi ilə Müsavat başqanlığına namizədlərin sayı 3-ə çatıb.Yadigar Sadıqlı və Tofiq Yaqublu da rəsmi olaraq Müsavat başqanlığına namizədliklərini irəli sürüblər.
Müsavat Partiyasının növbəti qurultayı oktyabrın 12-də keçiriləcək.
Telegram kanalımız