Arif Hacılının oğlu azadlığa çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Arif Hacılının oğlu azadlığa çıxdı

Maraqlı

19 Dekabr 2023 12:22 739


Müsavat partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı vaxtından əvvəl azadlığa buraxılıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə Arif Hacılı şəxsi Feysbuk səhifəsində məlumat yayıb. 

Qeyd edək ki, Orxan Hacılıya qarşı noyabrın 1-də Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi açılmışdır. Noyabrın 2-də Bakı şəhəri Yasamal rayon məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən məhkəmə prosesində Orxan Hacılı barədə iki aylıq həbs-qətimkan tədbiri seçilib.  Dominos pizza

Aytac Şahin 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!