Arif Quliyevin heç yerdə yayımlanmayan 48 illik FOTOSU

saytların hazırlanması

Evə çatdırılma

Arif Quliyevin heç yerdə yayımlanmayan 48 illik FOTOSU

Maraqlı

10 İyun 2021 09:49 1175


Əməkdar artist, tanınmış aktyor Rəhman Rəhmanov bir müddət öncə koronavirusa yoluxaraq dünyasını dəyişən mərhum xalq artisti Arif Quliyevin heç yerdə yayımlanmayan fotosunu saytmıza təqdim edib.

Yenicag.az-a açıqlama verən aktyor Arif Quliyevlə dostluqlarından və həmin fotonun tarixçəsindən danışıb:

“Ariflə 40 ilin dostu olmuşuq, bir yerdə çəkiliçlərə, rayonlara qastrollara getmişik. Bu foto arxivimdəndi, ilk dəfə sizə təqdim edirəm. 1973-cü ildə AzTV-yə getmişdik, “Hacı Qara” tamaşasını təqdim edəcəkdik. Şəkil də elə qrim otağında çəkilib. Xalq artisti Yusif Vəliyev, mən və Arif. Dedik bir şəkil çəkdirək yadigar qalsın. Fotonu Bəxtiyar Babayev çəkmişdi, AzTV-nin operatoru. Allah ona da rəhmət eləsin”. Toyuqlu pizza

48 il öncə çəkilən fotonu təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!