Arif Quliyevin həkimi:   “Vəziyyəti kritikdir“

saytların hazırlanması

Evə çatdırılma

Arif Quliyevin həkimi: “Vəziyyəti kritikdir“

Mədəniyyət

04 May 2021 15:15 1480


“Təəssüf ki, Xalq artisti Arif Quliyevin vəziyyəti pisləşib”.

Yenisabah.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında “Yeni klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov bildirib.

Onun sözlərinə görə, koronavirusun beyin əlamətləri də olur və beyin damarlarında zədə yarada bilir: Dominos pizza

“Hazırda Xalq artistində bundan şübhələnirik. Bu gün bu istiqamətdə müayinələr aparacağıq. Dünən xəstəni oyandırmağa çalışırdıq, amma beyinin oyanması istədiyimiz səviyyədə deyil. Hazırda A.Quliyevin vəziyyəti kritikdir”.

Qeyd edək ki, A.Quliyev bir müddət əvvəl yeni növ koronavirusa (COVID-19) yoluxub. O, “Yeni klinika”nın reanimasiya və intensiv terapiya şöbəsinə qəbul edilib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!