Arıqlamaq üçün bu qidaları yeyin - Dietoloq məsləhəti

saytların hazırlanması

Evə çatdırılma

Arıqlamaq üçün bu qidaları yeyin - Dietoloq məsləhəti

Sağlamlıq

12 Fevral 2023 11:58 3233


“Arıqlamaq üçün ən ideal qidalar mərcimək, lobya, noxud və digər paxlalı bitkilərdir”. 

Lent.az-ın məlumatına görə, bu sözləri dietoloq və endokrinoloq Maira Rau deyib. 

Onun sözlərinə görə, aşağı kalorili paxlalı bitkilər yüksək qidalandırıcı xüsusiyyətə malikdir və buna görə də insanları daha uzun müddət tox tutur. Pepperoni pizza

Dietoloq bu qidaların bir neçə xəstəliyə qarşı effektiv təsir göstərdiyini də vurğulayıb: 

“Paxlalı bitkilərin qida rasionuna müntəzəm daxil edilməsi ürək-damar xəstəliklərinin və 2-ci tip diabetin inkişafının qarşısını almağa kömək edir”, - Rau bildirib. 

Başqa bir dietoloq Marqarita Koroleva isə paxlalı bitkilərdən axşam saatlarında istifadə etməyi məsləhət görüb. Onun sözlərinə görə, bu, yatmazdan əvvəl əlavə qidalara müraciət etməməyə kömək edəcək. 

Mütəxəssis onu da vurğulayıb ki, paxlalı bitkilərin tərkibində zülal, çoxlu miqdarda mineral, vitamin və lif var. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!