Elə bir dövrə gəlib çatmışıq ki, demək olar insanların əksəriyyəti füsunkar bədənə sahib olmaq, artıq çəkilərindən bir anda qurtulmaq istəyir. Təbii ki, çəki atmağın bir neçə üsulu var. Bunlardan biri də pəhriz saxlamaq, rejimə diqqət edərək qidalanmaqdır. Ancaq bütün bunlar dilə asan gəlsə də, özbaşına edilən pəhrizlər ən azı həkim məsləhəti olmadan dərman qəbul etmək qədər risklidir. Hətta elə pəhriz növləri var ki, sonda insanın həyatına da bais olur.
Yenisabah.az öldürən pəhriz üsullarını təqdim edir:
Əsas Boot Camp pəhrizi: Ən təhlükəli arıqlama üsulu kimi göstərilir. Gündə maksimum 500 kalori atmağa imkan verən bir pəhrizdir. İnfarkt və orqan çatışmazlığına səbəb olduğu bildirilir. Marqarita pizza
Pambıq top pəhrizi: Suya və ya meyvə suyuna batırılmış pambıq topları yeyilərək edilən bu pəhriz insan orqanizminə ciddi ziyan vuran və bəzi insanlarda ölümlə nəticələnən ən təhlükəli arıqlama üsulları arasındadır.
Hollivud pəhrizi: Pəhrizdəki karbohidratların miqdarını həddindən artıq məhdudlaşdıraraq (50 q/gündən az) qanda keton cisimlərinin artmasına və ketoza səbəb olan pəhrizdir. Bu pəhrizə uzun müddət riayət olunarsa, maye-elektrolit balansı pozulur, hiperurikemiya, podaqraya bənzər əlamətlər və sidik turşusu daşları yarana bilər.
Dukan pəhrizi: Yüksək protein, az yağ və aşağı karbohidratlı pəhrizdir. Həddindən artıq protein istehlak edildikdə və fərd yaxşı idman etmədikdə, artıq protein bədəndə yağa çevrilir. Arıqlamağa çalışarkən, böyrəklərinizə və damarlarınıza daha çox ziyan vurma riski ilə üzləşə bilərsiniz.
Aytac Şahin
Telegram kanalımız