“Arsenal“ azarkeşlərinə Bakıda Mxitaryan aksiyası təklif edildi

“Arsenal“ azarkeşlərinə Bakıda Mxitaryan aksiyası təklif edildi

İdman Veb saytların hazırlanması

17 May 2019 15:56 1020


"Arsenal"ın nigeriyalı azarkeş qrupu "CanonCrested" kluba Avroliqanın final oyununa aparılmayacağı gözlənilən Henrix Mxitaryanın maskalarını hazırlatmaq və onları İngiltərədən Bakıya gedəcək fanatlara paylamağı təklif edib.

"Yeni Sabah" "The Times" nəşrinə istinadən yaydığı xəbərə görə, afrikalı tərəfdarlar Bakı Olimpiya Stadionuna toplaşacaq ingilis azarkeşləri həmin maskaları üzlərinə taxmağa, erməni futbolçunun "Arsenal"dakı forma nömrəsinə (7) uyğun olaraq, matçın 7 və 77-ci dəqiqələrində fləşmob keçirməyə çağırıb. Azarkeş qrupu bu yolla Mxitaryana dəstək verməyə çalışır.

Qeyd edək ki, son məlumata əsasən, "Arsenal" yarımmüdafiəçini "Çelsi" ilə final oyunu üçün Bakıya gətirməməyə qərar verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!