"Sportinq"in isveçli hücumçusu Viktor Qyökereşi transfer etmək istəyənlərin sırasına daha bir nəhəng klub qatılıb.
Yenisabah.az xəbər verir ki, "Arsenal" 26 yaşlı futbolçunu heyətində görmək istəyir. London təmsilçisi qarşıdan gələn yayda transferi reallaşdıra bilər. Qyökereş "Arsenal"ın yeni idman direktoru Andrea Bertanın pərəstişkarıdır və onun təyinatı bazar günü klub tərəfindən açıqlanıb.
"Topçular" Qyökereşin transferi üçün "Real", "Mançester Yunayted" və "Mançester Siti" ilə mübarizə aparmalı olacaq. Dominos pizza
Qeyd edək ki, Qyökereş 2023-cü ilin yayından "Sportinq"də oynayır. Bu mövsüm o, bütün turnirlərdə 42 matça çıxıb, 42 qol vurub və 11 məhsuldar ötürmə verib.
Nazim Hacıyev
Telegram kanalımız