Artıq boşanmış kişilərə də sığınacaq veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Artıq boşanmış kişilərə də sığınacaq veriləcək

Dünya

16 Noyabr 2019 07:29 1354


İtaliyanın bütün ərazilərində boşanan kişilər üçün sığınacaq evlərinin açılması nəzərdə tutulub.

“Yeni Sabah” xəbər verir ki, İtaliyanın qanunvericiliyinə görə, nikahına xətm veriləcək ailənin evinin 60 faizi uşaqlı qadınlara qalır. Həmçinin belə halların 94 faizində kişilər uşaqlara və qadına aliment ödəməli olurlar. Aliment təxminən 1000-1500 avro arasındadır. 

Bu isə kişiləri bir anda yoxsul, evsiz-eşiksiz və avtomobildə gecələməli olan insanlara çevirir. pizza

Bununla əlaqədar olaraq, Boşanmış Kişilər Assosiasiyası hökümət orqanlarına müraciət edib və Latsio regionunun rəhbərliyi boşanmış və maddi cəhətdən ağır vəziyyətə düşmüş kişilərə maliyyə yardımı etmək qərarına gəlib. Həmçinin mənzilindən məhrum olmuş kişilər xüsusi sığınacaq evlərdə də yerləşdirilir. Lakin bu təcrübənin tezliklə İtaliyanın digər regionlarına da yayılmasının çətin olduğu deyilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!