Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumdan sonra Tehranın Cinayət İşləri İdarəsinin prokuroru hadisə yerinə gələrək terrorçunun həyat yoldaşının səfirlikdə saxlanıldığını düşündüyü üçün bu əməli törətdiyini deyib.
M.Şəhriyarinin sözlərinə görə, terrorçu Azərbaycan səfirliyinə şəxsi səbəblər hücum edib.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Qabil Hüseynli bunun tamamilə uydurma olduğunu deyib: Marqarita pizza
“Bu hədyan, uydurma, gerçəkliklə heç bir əlaqəsi olmayan bir cavabdır. Bu adam 9 ay ərzində niyə belə şeylərə baş vurmurdu, yaxud dövlət orqanlarına şikayət etmirdi? Noldu birdən-birə “Kalaşnikov”la silahlanır gəlir, jandarma onu görür, amma gözünün qabağında ola-ola ona heç nə demir, qapını açıb buraxır. O isə əlini-qolunu sallaya-sallaya içəri girir və səfirlik nümayəndəsinə atəş açmağa başlayır. Deyilənlər boş-boş söhbətlərdir, bu terror hadisəsidir, bu adam terrorçudur. Boyu-buxunu, sağlamlığı da onu deməyə əsas verir. Üstəlik hakimiyyətin müəyyən orqanları tərəfindən təşkil edilmiş terror hadisəsidir. Məsələni ora-bura çox dartıb, müxtəlif bəhanələr deməyə çalışmasınlar. Onsuz da İranın riyakarlığı, ikiüzlülüyü, yalan danışmağı hamıya bəllidir.
Hazırda hadisələr tədqiq olunur. Azərbaycan tərəf də yəqin ki, beynəlxalq Haaqa məhkəməsinə müraciət edəcək və bu hadisələrin tam məğzini açmaq mümkün olaraq”.
Politoloqun sözlərinə görə, bu hadisə şəxsi marağa görə baş verməyib:
“Terrorçunun arvadının guya səfirlikdə saxlanılması başdan-ayağa yalandır. Əgər bu qəzəbdən doğubsa, niyə həmin şəxs səhər sübhdən səfirliyin binasına hücum çəkib? Bu kortəbii hadisə olsaydı axşam yaxud günün müəyyən saatlarında da gələ bilərdi. Guya o bilmir ki, səfirliyə hücum etmək nə deməkdir? Tutalım, həmin şəxs başıboş bir adamdır, amma sən – İran polisi Vyana konvensiyasına görə səfirliyi qorumalısan. Sənin jandarman ayağa qalxır, həmin adamı görür və əlində avtomat ola-ola ona əhəmiyyət vermir. Bu yuxarıdan təşkil olunmuş bir şeydir.
Jandarmanın silahı olmamasını əsas gətirirlər. Silahı olmasa belə o obyekti qorumaqla hökmlüdür. O boyda obyekti qoruyan adama niyə silah vermirsiniz? Bütün dünya İranı terrorçu, terror təşkilatlarını maliyyələşdirən bir ölkə kimi tanıyır. İndi də səfirliklərə qarşı hücuma keçən başqa bir terror qrupu yaradırsınız? Bu biabırçılıqdır! 1979-cu ildə qara kütləni qışqırdaraq Amerikanın İrandakı səfirliyinin üstünə qaldırdınız. 44 gün həmin səfirliyi siz mühasirədə saxladınız, olmazın oyunlardan çıxdınız. Başqa ölkənin səfirliklərinə qarşı da törətdiyiniz cinayət əməlləri var. Ona görə siz bu sahədə ustasınız”.
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız