Ər arvadına qarşı seksual zorakılıq edən şəxsi bıçaqlayıb.
“Yeni Sabah” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Aydın şəhərində baş verib.
1 ildir ki, arvadına qarşı seksual zorakılıq edildiyini öyrənən K.Ç. həmin adamı tapıb bıçaqlayıb. pizza mizza
Bununla da ürəyi soyumayan ər yaralı şəxsi dostunun maşınına zorla mindirərək qaçırdıb. Lakin o, qırmızı işıqda dayanan maşından düşüb qaçmağı bacarıb.
Bütün bunlar baş verərkən seksual qısnamaya məruz qaldığını deyən qadın da ərinə kömək edib.
Bıçaqlanan şəxs polisə şikayət edib. Hər 3 şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Sabrina
Telegram kanalımız