“Arvadını öldürdükdən sonra Sadıqovu da yaralayıb” - DİN-dən AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

“Arvadını öldürdükdən sonra Sadıqovu da yaralayıb” - DİN-dən AÇIQLAMA

Kriminal

02 Noyabr 2019 10:18 907


Daxili İşlər Nazirliyi dünən Sayanda aravadını öldürən kişi ilə bağlı açıqlama yayıb. 

"Yeni Sabah" xəbər verir ki, açıqlamada deyilir:

"Noyabrın 1-də Salyan şəhərində yaşayan N.Hüseynovun evində ailə münaqişəsi zəminində arvadı İ.Hüseynovanı bıçaqla qətlə yetirməsi, sonra isə həmyerlisi Z.Sadıqova və özünə xəsarət yetirməsi barədə DİN-in “102” Zəng Mərkəzi Xidmətinə məlumat daxil olub.  pizza mizza

Z.Sadıqov aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.   

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən N.Hüseynov saxlanılmışdır.

Salyan rayon Prokurorluğunda araşdırma aparılır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!