Arzu Şuşalını qətlə yetirən qatildən şok açıqlamalar –   “Bıçaqla başını kəsdim”

saytların hazırlanması

Evə çatdırılma

Arzu Şuşalını qətlə yetirən qatildən şok açıqlamalar – “Bıçaqla başını kəsdim”

Kriminal

07 İyul 2019 14:48 3587


2018-ci ilin iyul ayında Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki bağ evində baş vermiş dəhşətli qətlin təfərrüatı məlum olub.

“Yeni Sabah”ın məlumatına görə, Arzu Şuşalı və Dilarə Əhmədovanı qətlə yetirən İlqar Xancanov istintaq zamanı şok faktlar açıqlayıb. 

ARB telekanalında qətllə bağlı yayımlanmış sujetdə qeyd olunub ki, İlqar Xancanov əvvəllər həmin bağ evində gözətçi işləyib. Daha sonra ailəsində yaranmış mübahisə zamanı evdən çıxarılıb. Bundan sonra ev sahibi ilə mübahisələri olub.  Sezar pizza

Ev sahibi İlqar Xancanova pulunun oğurlandığını deməsi onu qəzəbləndirib. İlqar gecə bağ evinə gəlib. Ev sahibinin evdən çıxmasını gözləyib. Həyətdən götürdüyü bel sapı ilə Arzu Şuşalının başına zərbə endirib. Bu zaman hamam otağında olan Dilarə Əhmədova səs eşitdiyindən çölə çıxıb. Bunu görən İlqar bıçaqla onun başını kəsərək hamama salıb. Orada qadının ölməsini gözləyib. Daha sonra meyiti soyunduraraq həyətdəki avtomobilin yük yerinə qoyaraq ərazidən qaçmağa çalışıb. Bu zaman iki dəfə qəza törədib. Meyitləri maşında qoyaraq ərazidən qaçıb. 

İlqar Xancanov qətli necə törətdiyini və qətl törədilən alətləri də nümayiş etdirib. 

Qeyd edək ki, Arzu Şuşalı əməkdar həkim idi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!