AŞ Nazirlər Komitəsindən Bakı və İrəvana dəstək

saytların hazırlanması

Evə çatdırılma

AŞ Nazirlər Komitəsindən Bakı və İrəvana dəstək

Siyasət

17 May 2024 17:47 663


Avropa Şurası Nazirlər Komitəsinin mayın 17-də Strasburqda keçirilən sessiyasında Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması məsələsi qaldırılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat yayıb.

“Ərazi bütövlüyünün qarşılıqlı tanınması, suverenliyə hörmət, sərhədlərin toxunulmazlığı və güc tətbiq edilməməsi prinsiplərinə əsaslanan sülh prosesinə tam dəstək ifadə olunub. Nazirlər Komitəsi 1991-ci il Almatı Bəyannaməsinə əsaslanan sərhədin demarkasiyası prosesini alqışlayıb. Toyuqlu pizza

Bu bəyanat üzv dövlətlər üçün hüquqi qüvvəyə malik olan Reykyavik Bəyannaməsinin həyata keçirilməsi üçün “Dəyərlərimiz ətrafında birləşək” başlığı altında qəbul edilən qərarların mətnində öz əksini tapıb”, - deyə Badalyan qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!