“ASAN xidmət”də Heydər Əliyevin xatirəsi anılıb

saytların hazırlanması

Evə çatdırılma

“ASAN xidmət”də Heydər Əliyevin xatirəsi anılıb

Siyasət

12 İyul 2019 11:57 1245


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatı ilə birgə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib.

Dövlət Agentliyindən “Yeni Sabah”a daxil olan məlumata görə, öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. 

Agentliyin sədri Ülvi Mehdiyev 1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan tarixində böyük dönüş dövrünə keçildiyini, dinamik və hərtərəfli inkişafı təmin edən kompleks islahatlara başlandığını vurğulayıb.

YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə müstəqilliyin möhkəmləndirilməsi,  hərtəfəli inkişafa nail olunması, əhalinin  sosial vəziyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlərdən söz açıb.

Tədbirdə Heydər Əliyevin həyat və dövlətçilik fəaliyyətinə həsr olunmuş videoçarx təqdim olunub.

Həmçinin “Yaşıl ASAN” proqramı ilə tanışlıq məqsədi ilə Sumqayıt regional “ASAN xidmət”  mərkəzinə və Təkrar Kağız Emalı Fabrikinə ekskursiyalar təşkil olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!