Aİ Rusiyadan 29 milyard avroluq neft-qaz alıb - Hesabat

saytların hazırlanması

Evə çatdırılma

Aİ Rusiyadan 29 milyard avroluq neft-qaz alıb - Hesabat

Dünya

16 Fevral 2024 14:16 653


Avropa İttifaqına üzv ölkələr 2023-cü ildə Rusiyadan 29 milyard avro dəyərində neft və qaz idxal edib.

Yenisabah.az xəbər verir ki, bu barədə “Eurostat” məlumat yayıb.

Neftin 1 barelinin qiymətinin orta hesabla 100 dollar olduğu 2022-ci illə müqayisədə idxalın həcmi 2,9 dəfə azalıb. pizza

Rusiyaya qarşı sanksiyaların tətbiqindən öncəki 2021-ci ildə tədarükün həcmi təqribən 81,9 milyard avro təşkil edib. Bu, 2023-cü illə müqayisədə 2,8 dəfə çoxdur.

Ukraynada müharibə başladıqdan sonra Brüssel Rusiyanın enerji resurslarından imtina etmək kursu götürüb və bu ölkədən yanacaq tədarükünə bəzi məhdudiyyətlər qoyub. “Şimal Axını” qaz kəmərində partlayış Avropa İttifaqının enerji təhlükəsizliyi ilə bağlı vəziyyəti daha da çətinləşdirib. Ekspertlər bu siyasətin enerji qiymətlərinin sürətlə artmasına səbəb olduğunu vurğulayırlar.

Qeyd edək ki, ötən il Avropa İttifaqı ilə Rusiya arasında ümumi ticarət dövriyyəsinin həcmi təxminən 89 milyard avro təşkil edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!