Aslan Əliyevin 4,2 milyonluq əmlakı müsadirə olundu

saytların hazırlanması

Evə çatdırılma

Aslan Əliyevin 4,2 milyonluq əmlakı müsadirə olundu

Sosial

04 Mart 2026 19:13 1366


Həbsdə olan azərbaycanlı iş adamı Aslan Əliyevin ilkin bazar qiyməti 4,2 milyon manat olan əmlakı müsadirə olunub.

"Yeni Sabah" "Teleqraf"a istinadən xəbər verir ki, söhbət "Şəmkir Un-Yem" MMC-nin yerləşdiyi əmlak kompleksindən gedir.

1.1788 ha torpaq sahəsində yerləşən fabrikin hərrac qiyməti 3,6 milyon manatdır. pizza mizza

Qeyd edək ki, A.Əliyev ötən il Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunub.

A.Əliyev xüsusilə külli miqdar təşkil edən 2 milyon manatdan çox vəsaitin mənimsənilməsində, torpaq sahələri üzərində mülkiyyət hüququnun pozulmasında, xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmaqda və vəzifə saxtakarlığında ittiham olunur. Cinayət işinin ağırlığı nəzərə alınaraq onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Xüsusilə ağır cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılır.

Qeyd edək ki, "Şəmkir Un-Yem" 2018-ci ildə fəaliyyətə başlayıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!