Asmir Beqoviç ən yaxşı oldu, “Neftçi”dən heç kim seçilmədi

saytların hazırlanması

Evə çatdırılma

Asmir Beqoviç ən yaxşı oldu, “Neftçi”dən heç kim seçilmədi

İdman

18 Sentyabr 2019 13:19 861


Azərbaycan Premyer Liqasının 4-cü turunun ən yaxşı futbolçusu məlum olub.

“Yeni Sabah” PFL-in saytına istinadən xəbər verir ki, "InStat"ın təhlilinə əsasən bu, 359 göstərici ilə “Qarabağ”ın qapıçısı Asmir Beqoviçdir.

Bosniyalı qolkiper “Neftçi”yə qarşı görüşdə (2:0) 90 dəqiqə meydanda olub və 4 qurtarışla yadda qalıb. Pepperoni pizza

Azərbaycan Premyer Liqasının IV turunun rəmzi komandası da açıqlanıb.  “İnStat”ın təhlilinə əsasən, rəmzi 11-likdə 5 futbolçu “Qarabağ”dan, 3 futbolçu “Keşlə”dən, 2 futbolçu “Zirə”dən, 1-i isə “Səbail”dən seçilib.

Qapıçı: Beqoviç - 359 (“Qarabağ”)

Müdafiəçilər: Ailton Silva - 264 (“Qarabağ”)-2, Turan Manafov - 314 (“Səbail”), Bədavi Hüseynov – 295 (“Qarabağ”), İlkin Qırtımov - 252 (“Keşlə”)

Yarımmüdafiəçilər: Abdullah Zubir – 323 (“Qarabağ”), Şafik Tiqrudja - 289 (“Zirə”), Markos Madera - 298 (“Qarabağ”)-3, Tellur Mütəllimov – 287 (“Zirə”)

Hücumçular: Xulio Sezar Rodrigez - 276 (“Zirə”), Lorenzo Frutos - 281 (“Keşlə”)-2


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!