Aşmış ağacların yerinə yeniləri əkildi

saytların hazırlanması

Evə çatdırılma

Aşmış ağacların yerinə yeniləri əkildi

Maraqlı

27 Aprel 2021 16:35 986


Aşmış ağacların yerinə yeni ağaclar əkilib.

Yenisabah.az-ın məlumatına görə, Sumqayıt şəhəri, Nərimanov küçəsi 3-cü məhəllə ünvanında ağacların kəsilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Xidmətin Regional Ekologiya İdarəsinin rəsmisi Fərid Piriyevin sözlərinə görə, aparılan araşdırma zamanı məlum olub ki, sözügedən ünvanda bir neçə il bundan öncə dörd qovaq ağacı güclü külək nəticəsində aşıb və Sumqayıt şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən doğranaraq ərazidən yığışdırılıb: pizza hut

“Regional Ekologiya İdarəsinin əməkdaşlarının nəzarəti altında Birliyin işçiləri tərəfindən sözügedən ərazidə aşmış ağacların yerinə bu gün yeni ağacların əkilməsi təmin edilib”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!