“Aşpaz müəllim çıxıb xalqdan üzr istəsin!” – Eynulla Fətullayev

saytların hazırlanması

Evə çatdırılma

“Aşpaz müəllim çıxıb xalqdan üzr istəsin!” – Eynulla Fətullayev

Hadisə

05 May 2022 12:00 6343


“Bir neçə gün öncə biznesmen Mübariz Mənsimov Sovet ordusu sıralarında Əfqanıstanda döyüşdüyünü bildirmişdi”.

“Yeni Sabah” xəbər verir ki, bunu jurnalist Eynulla Fətullayev sosial şəbəkədə yazıb. O, qeyd edib ki, bu iddiadan sonra Müfadiə Nazirliyindən sorğu göndərib və nazirlik M. Mənsimovla bağlı onun sorğusunu cavablayıb. E. Fətullayev həmin cavabı sosial şəbəkə hesabında paylaşıb:

“22.03.1968-ci il təvəllüdlü, Mənsimov Mübariz Qurbanəli oğlu. 12.07.1987-14.04.1989-cu illərdə keçmiş sovet ordusunun 145 nömrəli hərbi hissəsinin hərbi qida məktəbində xidmət edib. pizza hut

Hərbi uçot ixtisası-Qoşun Qidasının aşpazı. Keçmiş SSRİ SQ-nin 145 nömrəli Hərbi Aşpazlar Məktəbi Almaniyada Sovet Qoşunları Qrupunun 20-ci Qvardiya Ümumqoşun Ordusu tərkibində Finovfurt şəhərində dislokasiya olunmuşdur. Sonradan hərbi hissə RF-nin Çita vilayətinin ərazisinə köçürülmüşdür.

Hərbi xidmətdən tağım komandirinin müavini kimi çavuş rütbəsində tərxis olunub. Hazırda SHXÇDX-nın Nizami Rİ-də hərbi qeydiyyatdadır. 31 nömrəli peşə məktəbini montajçı ixtisası üzrə bitirib".

Sonda E. Fətullayev qeyd edib: “Şərhə ehtiyac varmı? Yalan danışdığına görə, aşpaz müəllim çıxıb xalqdan üzr istəsin!”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!